Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala…

1/1

  •    Xalqımızın taleyinə düşən dahi şəxsiyyətlər onun tarixinə yeni- yeni səhifələr yazmaqla Azərbaycanımızın adını yüksək zirvələrə qaldıraraq özləri də əbədiyaşarlıq qazanıblar. Belə əbədiyaşar və dahi şəxsiyyətlərdən biri də ümummilli liderimiz Heydər Əliyevdir.    O, xalqın xilaskarı, müstəqil Azərbaycan dövlətinin fədakar qurucusu, öz xalqını və dövlətini dünyanın qabaqcıl ölkələri ilə bir məcraya gətirə bilən, Azərbaycanın bayrağını ən müqtədir ölkələrin bayraqları ilə bir sırada dalğalandırmağa qadir olan, yüksək məfkurəli yenilməz bir siyasi xadim idi. Onun güclü siyasi əqidəsi, zəngin elmi bilikləri demək olar ki, bütün sahələri ehtiva edirdi. Əlbəttə, tarixdə belə ensiklopedik biliyə malik insanlar tək-tək olub. Heydər Əliyev də məhz belə şəxsiyyətlərdəndir. Onun xalqımızın rifahı üçün göstərdiyi misilsiz xidmətləri Azərbaycan tarixində silinməz izlər qoyub. Bu mənada xalqımızın mədəniyyətinin inkişaf mərhələlərinin əsas təmayülləri də məhz Heydər Əliyevin adı ilə bağlıdır. Milli-mənəvi sərvətlərimizin qorunması, inkişaf etdirilməsi, elm və incəsənət xadimlərinə göstərilən xüsusi diqqət, qayğı hər zaman prioritet məsələlərdən olmuşdur.    Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə Azərbaycan elmi, ədəbiyyatı və incəsənəti yüksək templə inkişaf etdirilmişdir. Bu dövrdə Azərbaycan elminin, ədəbiyyatının və mədəniyyətinin canlı klassikləri formalaşmış, keçmiş Sovetlər İttifaqında və onun hüdudlarından kənarda da şöhrət qazanmışdır. O dövrlərdə Qara Qarayev, Rəşid Behbudov, Mirzə İbrahimov, Rəsul Rza, Süleyman Rüstəm, Süleyman Rəhimov və başqalarına "Sosialist Əməyi Qəhrəmanı" fəxri adının verilməsinə nail olmuşdur. Heydər Əliyev görkəmli elm və ədəbiyyat xadimləri akademik Ziya Bünyadov, şair Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk kimi böyük vətəndaşlıq mövqeyinə və milli ideallara malik olan Azərbaycan ziyalılarını baş verə biləcək hər hansı bir təhlükədən nəinki müdafiə etmiş, hətta onların elmi və bədii yaradıcılığının daha da inkişaf etdirilməsinə hər cür şərait yaratmışdır.    Bu gün aydındır ki, milli tarix və ədəbiyyatımızın Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, ŞAH İsmayıl Xətai, Molla Pənah Vaqif, Aşıq Ələsgər, Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi Vazeh, Cəlil Məmmədquluzadə Hüseyn Cavid, Səməd Vurğun və bir çox simalarının müasir Azərbaycan cəmiyyətinə geniş və kütləvi surətdə tanıdılmasında, təbliğində Heydər Əliyevin hələ Respublikaya rəhbərlik etdiyi birinci dövrdə (1969-1982) atdığı addımların, qəbul etdiyi dövləti qərarların, verdiyi rəsmi sərəncamların müstəsna və misilsiz rolu olmuşdur. Bu gün o da məlumdur ki, 1970-1980-ci illər ədəbiyyatında milli keçmişə və tarixi həqiqətə marağın artması, nəhəng tarixi şəxsiyyətlərin parlaq obrazlarının yaradılması da tarixi zərurətin, həmin dövrdə məhz Ulu Öndərin düşünülmüş şəkildə həyata keçirdiyi ədəbi-mədəni siyasətin, təmin etdiyi yaradıcılıq atmosferinin nəticəsində olmuşdur.   Nizami ideallarının çağdaş varisi kimi, dahi şairin 840 illik yubileyini böyük müqavimətlərə baxmayaraq, Sovetlər ölkəsi səviyyəsində keçirməyə nail olan Heydər Əliyev 1981-ci ildə "Literaturnaya qazeta" da çap olunan və həmin dövrdə böyük əks-səda müsahibəsində Nizaminin məşhur misraları ilə yekun vurmuşdu. "Qoy ədalət zəfər çalsın!" adlanan bu geniş intervüdə cəmiyyəti maraqlandıran və narahat edən bir sıra mühüm məsələlərlə birlikdə ədəbiyyat və mənəviyyatla bağlı problemlərə də xüsusi yer ayrılmışdı.   Heydər Əliyev obrazında Nəsimi hünərvərliyi geniş formada qabardılmışdır. 1972 - ci ildə bir sıra dairələrin şairi "türkmənləşdirməyə" cəhd etmələrinə rəğmən, Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi, eləcə də yaxından qayğısı ilə Azərbaycanda keçirilən Nəsimi böyük humanist şairin həm soykök, həm də yaradıcılıq baxımından daha qədim ədəbi - mədəni ənənələri ilə seçilən Azərbaycan xalqının yetirməsi olduğunu, bununla yanaşı, türkcə danışan bütün xalqların da ədəbiyyatının inkişafında mühüm rol oynadığını bir səslə təsdiq etdi.    Dahi Füzulinin 500 illik yubileyinin keçirilməsi böyük mütəfəkkir şairin Azərbaycan xalqı qarşısında və bütün türk xalqları, dünya mədəniyyəti qarşısındakı xidmətlərinə verilən qiymətdir. Heydər Əliyevə görə bu yubiley və ümumən yubileylər xalqların özünü dünyaya təqdim etmək, bəşəriyyətə tanıtmaq üsuludur.   Heydər Əliyev 1994-cü ildə Türkiyənin Bilkənd Universitetindəki çıxışında demişdir: "Bu gün xalqımız üçün böyük bayram günüdür. Türk dünyasının, Azərbaycan xalqının, Türkiyə xalqının böyük şairi, mütəfəkkiri, filosofu Məhəmməd Füzulinin anadan olmasının 500 illiyini Türkiyədə böyük təntənə ilə qeyd edirik".   Heydər Əliyevin fikrincə, Füzuli kimi böyük sənətkarlar öz xalqlarının tarixdə irəliləməsinə kömək edir, tarixin qaranlıq dolanbaclarında onun irəliləməsi üçün bir növ mayaka çevrilirlər.   Hüseyn Cavid sənətinə dərin maraq göstərən Heydər Əliyevin onun adını Azərbaycan ədəbiyyatı qarşısında xüsusilə böyük xidmət göstərmiş sənətkarların arasında fəxrlə çəkmişdir. Hüseyn Cavid irsinə müntəzəm diqqət göstərmiş, kommunist rejimi tərəfindən repressiya edilmiş şairə layiqli qiymətin verilməsi işinə nəzarəti intensiv olaraq gücləndirilmişdir. Qlobal siyasi vəziyyətdən sonra 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev həmin ilin sentyabrında Azərbaycan Milli Elmlər Akademiyasının ziyalıları ilə tarixi görüşündə Hüseyn Cavidin şəxsiyyəti və yaradıcılığı ilə bağlı gördüyü işləri belə xatırlayırdı: "Böyük filosof - şairimiz, dramaturqumuz Hüseyn Cavid həbs olundu, uzun illər əsərləri qadağan edildi. Ancaq tarix hər şeyi öz yerinə qoydu. Hüseyn Cavidin cənazəsi də Sibirdən öz vətəninə gətirildi, onun adı da yüksəldi. Ancaq təəssüf edirəm ki, 1981-ci ildə Hüseyn Cavidin 100 illiyi haqqında qəbul edilmiş qərarı Azərbaycanda on il ərzində həyata keçirmədilər. İndi Hüseyn Cavidin əsərləri xalqa hava-su kimi lazımdır. Təkcə ədəbi baxımdan deyil, həm də fəlsəfi, elmi baxımdan lazımdır".  Ulu Öndər vaxtında hakimiyyətə dönüşü ilə təkcə Azərbaycan dövlətçiliyini xilas etmədi, həm də mənəvi - mədəni deqradasiyanın qarşısını aldı. Milli - mədəni simalarımızı, klassiklərimizi, mədəni dəyərlərimizi özümüzə qaytardı.   Bəli, bu gün Ulu öndər layiqli davamçısı Prezident İlham Əliyev yorulmaz və məqsədyönlü fəaliyyəti ilə böyük sürətlə və hərtərəfli şəkildə inkişaf edən müstəqil dövlətimizin, xalqımızın inkişaf yollarına yeni, parlaq və qiymətli səhifələr əlavə edir. Vaxtilə hər cür haqsızlığa düçar olan, repressiyaya məruz qalan, əsərləri qadağan edilən dahi sənətkarlarımıza bu gün heykəllər qoyulur. Yubileyləri təntənəli şəkildə qeyd edilir. Layiqincə qiymət verilir. Xalqı müstəqilliyə, birliyə, bərabərliyə çağırışını əks etdirən qiymətli əsərlər bu gün hər bir azərbaycanlı tərəfindən sevə - sevə oxunur. Çünki bu gün kökündə Ulu öndərin əbədi xidmətləri dayanan müstəqil Azərbaycanın müstəqil vətəndaşlarıyıq.  
    Sevda Məmmədova,
    Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib59 dəfə
    Ədəbiyyatda heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala…

    Maraqlı gələ bilər
    66
    73